Azərbaycan yığması Rostova 22 futbolçu ilə yollanır

Azərbaycan yığması Rostova 22 futbolçu ilə yollanır
# 16 mart 2016 11:07 (UTC +04:00)

Bakı – APA. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Yaşar Vahabzadə AVRO-2017-nin seçmə mərhələsinin Rusiya ilə oyununda güvənəcəyi futbolçuları müəyyənləşdirib.

O, martın 24-də Rusiya ilə səfərdə baş tutacaq matç üçün 22 oyunçuya dəvət göndərib. Bu futbolçular Rostovun “Olimp-2” stadionundakı görüşdə iştirak etmək imkanı qazanıb.

Heyətə ölkə xaricində çıxış edən iki futbolçu da çağırılıb. Bunlar Ukrayna “Dnepr”indən Dmitri Nağıyev və Almaniya “Neustrelits”indən Taşkın İlterdi. Yerli klublar arasında isə “Neftçi”, “Qəbələ”, “Zirə”, AZAL daha çox – hərəyə 3 futbolçu ilə millidə təmsil olunacaq: Elşən Abdullayev, Rahil Məmmədov, Fəhmin Muradbəyli (hamısı “Neftçi”), Şahrudin Maqomedaliyev, Azər Salahlı (hər ikisi “Qarabağ”), Elvin Camalov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hamısı “Qəbələ”), Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev (hamısı “Zirə”), Tural Hümbətov, Ruslan Nəsirli , Kamal Mirzəyev (hamısı AZAL), Elnur Cəfərov, Kamran Abdullazadə (hər ikisi “Xəzər Lənkəran”), Abbas Hüseynov (“İnter”), Rəşad Əzizli (“Rəvan”), Budaq Nəsirov (“Kəpəz”), Tərlan Əhmədli (“Sumqayıt”), Dmitri Nağıyev (“Dnepr”, Ukrayna), Taşkın İlter (“Neustrelits”, Almaniya).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR