“Bank VTB (Azərbaycan)” “VTB Online” internet bankinq xidmətini istifadəyə verib

“Bank VTB (Azərbaycan)” “VTB Online” internet bankinq xidmətini  istifadəyə verib
# 19 avqust 2016 08:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank VTB (Azərbaycan)” “VTB Online” internet bankinq xidmətini uğurla istifadəyə verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq yeni xidmət sayəsində müştərilər onlayn rejimdə öz maliyyə vəsaitlərini rahat və operativ idarə edə biləcək: “Müasir innovativ texnologiyalardan istifadə sayəsində VTB Online xidməti unikal funksiyalara və üstünlüklərə malikdir”.

Sadə və intuitiv anlaşılan naviqasiyaya malik “VTB Online” servisi bütün bank əməliyyatlarını dünyanın istənilən nöqtəsindən 24/7 rejimində ən qısa müddətdə həyata keçirməyə imkan verir: “İnternetə çıxış kifayətdir ki, müştərilər banka gəlmədən VTB (Azərbaycan)-ın məhsul və xidmətlərindən yararlanıb, çoxsaylı bank əməliyyatlarını reallaşdırsınlar. Belə ki, “VTB Online” müştərilərə depozit hesabı açmağa, kreditlərini, kommunal və mobil rabitə xidmətlərini ödəməyə, həmçinin hesab qalıqlarını öyrənməyə, ödəmələrinə nəzarət etməyə, çıxarışlar etməyə və hesablar üzrə tranzaksiyaların tarixçəsini saxlamağa imkan verir. “VTB Online” yüksək dərəcədə təhlükəsizliyi və etibarlılığı ilə fərqlənir”.

“Bankımızın əsas məqsədi əminliyi, rahatlığı və zamanı dəyərləndirən müştəriləri üçün effektiv və etibarlı maliyyə yardımçısı olmaqdır. Biz, bankın fərdi və korporativ müştəriləri üçün maksimal dərəcədə sadə, lakin effektiv, bütün bank alətlərini özündə birləşdirən bir xidmət işləyib hazırlamışıq”, - deyə “VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

O müştərilərin qısa zamanda elektron bankçılığın üstünlüklərini dəyərləndirib onun fəal istifadəçilərinə çevriləcəyinə əmin olduğunu deyib.

“VTB Online” xidmətinə qoşulmaq üçün müştərilər bankın ofislərinə müraciət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR