Putin: "Rusiya Xəzərdən Suriyadakı İŞİD mövqelərinə zərbələri davam etdirəcək"

Putin: "Rusiya Xəzərdən Suriyadakı İŞİD mövqelərinə zərbələri davam etdirəcək"
# 24 noyabr 2015 08:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Sinay yarımadasında sərnişin təyyarəsini partladan terrorçular cəzalandırılana qədər Rusiya Xəzər dənizi üzərindəki hava məkanından istifadə etməyə davam edəcək".

APA-nın “Interfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla görüşü zamanı deyib. "Xəzər dənizi üzərindəki hava məkanından istifadə etməklə bağlı regiondakı dostlarımızın narahatlığına gəldikdə, bununla əlaqədar Qazaxıstan tərəfi hələlik bizə heç nə deməyib. Lakin biz bunu diqqətə alacağıq. Başa düşürük ki bəzi narahatlıqlar yaranır, lakin onu da bilirik ki, Rusiyanın terrorizmlə mübarizə sahəsində bütün səylərinin yükü də elə Rusiya öz üzərinə düşür. İŞİD və digər terror təşkilatlarının heç kimə mərhəməti yoxdur. Buna görə də hansısa narahatlıqlar yaranırsa, bunu əlbəttə ki, minimuma endirmək lazımdır. Lakin biz cinayətkarları cəzalandırmaq üçün bu işləri nə qədər lazımdırsa, o qədər davam etdirəcəyik”, - deyə V. Putin söyləyib.

Sinay yarımadasında Rusiya təyyarəsinin partladılması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Vladimir Putinə başsağlığı verən Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov isə bildirib ki, Qazaxıstan Rusiyanın hərbi fəaliyyəti kontekstində Xəzər səmasında yaranmış vəziyyətdən narahatdır. Onun sözlərinə görə, bununla əlaqədar beynəlxalq mülki aviahərəkət məsələsi ortaya çıxır: "Daha doğrusu, bundan sonra marşrutlar, eşelonlar və hərəkətlə bağlı hava əlaqəsini dəyişmək lazımdırmı? Bilmirəm, bu barədə məlumatınız var, ya yox, amma belə narahatlıqlar mövcuddur. Bizim qazaxıstanlı tərəfdaşlarımız bundan çox narahatdır”.

Putin isə əlavə edib ki, Rusiyanın Suriya əməliyyatlarının müddəti Suriya ordusunun terrorçulara qarşı hücumları ilə əlaqəli məsələdir: “Bu əməliyyatlar daimi deyil, müvəqqəti xarakter daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR