İyunda BTC ilə 2,4 mln. ton Azərbaycan nefti nəql olunub

İyunda BTC ilə 2,4 mln. ton Azərbaycan nefti nəql olunub
# 13 iyul 2016 08:19 (UTC +04:00)

Bakı - APA-Economics. 2016-cı ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 489 min 988 ton Azərbaycan nefti nəql olunub.


SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 mln. 930 min 790 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il iyul ayının 1-ə qədər BTC-yə 307 mln. 606 min 179 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin iyun ayında BTC kəməri ilə 371 min 206 ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR