"Lukoil" xalis mənfəətini 43 mlrd. rubla çatdırıb

"Lukoil" xalis mənfəətini 43 mlrd. rubla çatdırıb
# 06 iyun 2016 10:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Lukoil" şirkəti bu ilin I rübündə 42,8 mlrd. rubl (975,84 mln. manat) xalis mənfəəti əldə edib.


"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bir il əvvəl şirkətin gəlirləri 104 mlrd. rubl (2,3 mln. manat) olub.

Rüb ərzində şirkətin gəlirləri 1 trln. 177,7 mlrd. rubl (26,8 mlrd. manat) olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 18,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR