Aydın Əliyev: “Ötən il proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib”

Aydın Əliyev: “Ötən il proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib”
# 29 yanvar 2016 08:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Ötən il gömrük orqanları üçün çətin olsa da, biz müəyyən nailiyyətlər əldə etmişik".

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2015-ci ildə gömrük sahəsində görülən işlər, 2016-cı ildə qarşıda duran vəzifələr və nəzərdə tutulan planlarla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, dünyada baş verən böhran və manatın devalvasiyaya uğraması çətinliklər yaradıb.

"Amma biz vəziyyətdən çıxış yolları axtarmışıq. Sahibkarla görüşlər keçirmişik. Onlara hər zaman açıq olmuşuq", - deyə A. Əliyev bildirib.

DGK sədri vergi tutma bazasının azaldığını da diqqətə çatıdırb: "2015-ci ildə vergi tutma bazası 60 milyon manatdan artıq olub ki, bu da azalma deməkdir. Ötən il bəzi nəqliyyat vasitələri və yüklər vergidən azad olunub, bu səbəbdən də vergi tutma azalıb”

A. Əliyev əlavə edib ki, ötən il proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR