Siyəzəndə bələdiyyə torpaqlarında yanğın baş verib

Siyəzəndə bələdiyyə torpaqlarında yanğın baş verib
# 19 avqust 2016 12:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində bələdiyyə torpaqlarında naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR