Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib
# 01 aprel 2016 10:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı- APA. Azərbaycanda hava şəraiti kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, axşamdan aprelin 4-ü səhərədək yağış yağacağı gözlənir. Yağışların intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında aprelin 4-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağışın dağlıq rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR