Bakıda şahmat üzrə Dünya Kubokunun final mərhələsinin ilk matçı keçirilib

Bakıda şahmat üzrə Dünya Kubokunun final mərhələsinin ilk matçı keçirilib
# 01 oktyabr 2015 17:32 (UTC +04:00)

Bakı-APA. Bakıda şahmat üzrə keçirilən Dünya Kubokunun final mərhələsinin ilk matçı başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan oyun Pyotr Svedlerin qələbəsi ilə yekunlaşıb.

Rusiyalı qrossmeyster həlledici görüşdə Sergey Karyakinə (Rusiya) qalib gəlib.

Sabah baş tutacaq ikinci görüşdə Svidler “qaralar”la oynayacaq.

Dünya Kuboku

Final, ilk matç

Pyotr Svedler (Rusiya) - Sergey Karyakin (Rusiya) – 1:0

Qeyd edək ki, qalib 4 görüşün yekununa əsasən bilinəcək. Əgər bu matçlar heç-heçə bitərsə, çempionun adına tay-brekdə aydınlıq gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR