Qonşusunu maşınla əzib öldürən şəxs 18 il azadlıqdan məhrum edilib

Qonşusunu maşınla əzib öldürən şəxs 18 il azadlıqdan məhrum edilib
# 16 avqust 2016 11:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Habil Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən H. Abbasov 18 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il dekabrın 30-da Qusar rayonu İmamqulu kəndində baş verib. 32 yaşlı kənd sakini Habil Abbasov həmkəndliləri Əliverdi Mirəzyev və Ziyəddin Ağasıbəyovla dalaşıb. Daha sonra Habil Abbasov idarə etdiyi “Opel Zafira” markalı avtomobilini onların üzərinə sürərək əzib.

Avtomobillə vurulan Ə. Mirzəyev hadisə yerində ölüb, Z. Ağasibəyov isə Qusar xəstəxanasına çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR