Şəmkirdə qadın təmizləyici vasitədən zəhərlənib

Şəmkirdə qadın təmizləyici vasitədən zəhərlənib
# 15 oktyabr 2015 06:28 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəllər qəsəbə sakini, 1981-ci il təvəllüdlü Samirə Məmmədova kimyəvi maddə ilə zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadın təmizləyici vasitə ilə içməli su qabını yaxalayıb. Təmiz yuyulmayan qabın suyundan istifadə edən S. Məmmədova zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR