Bakı-APA. Rusiya rəsmi Vaşinqtonun Suriya ilə atəşkəs haqqında əməkdaşlığın dayandırılması qərarından təəssüflənir.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“ABŞ Suriya üzrə əsas razılaşmaları yerinə yetirə bilmədiyindən məsuliyyəti digər tərəflərin üzərinə qoymağa cəhd edir”, deyə M.Zaxarova bildirib.