Qobustanda üç uşaq anası özünü asıb

Qobustanda üç uşaq anası özünü asıb
# 28 sentyabr 2016 10:01 (UTC +04:00)

Qobustan. Elvin Yaqubov - APA. Qobustan rayonunda gənc ana intihar edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ərəbşalbaş kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova İntizar Qafur qızı yaşadığı evdə özünü kəndirlə asıb.

Üç uşaq anası olan İntizar Məmmədovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR