Bakı - APA. Ermənistanda iki aşpaz ərzaq oğurluğunda təqsirləndirilir.
APA-nın "news.am"-a istinadən verdiyi xəbərə görə, Ermənistan Məhkəmə Departamentinin məlumatında bildirilir ki, N saylı hərbi hissənin aşpazları Mqer Zaroyan və Ovsana Adamyan xeyli miqdarda ərzaq məhsulunu mənimsəyiblər.
Aşpazlar 14 kq donuz əti, 9,2 kq bitki yağı, 10 kq vermişel, 2 kq tomat pastası və 25 yumurta oğurlamaqda təqsirli bilinirlər.
Onların barəsində cinayət işi başlanıb, başqa yerə getməmək qərarı verilib.