Əfqanıstanda ABŞ-a məxsus pilotsuz aparatın zərbələri nəticəsində 13 nəfər ölüb

Əfqanıstanda ABŞ-a məxsus pilotsuz aparatın zərbələri nəticəsində 13 nəfər ölüb
# 28 sentyabr 2016 13:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Əfqanıstanın Nanqarhar ayalətində ABŞ-a məxsus pilotsuz uçuş aparatının zərbələri nəticəsində 13 nəfər dinc sakin ölüb.

APA-nın məlumatına görə, bu barədə “Associated Press” xəbər yayıb. Daha 12 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə Həcc ziyarətindən qayıdan yerli qəbilə başçılarından birinin qarşılanması zamanı baş verib. ABŞ-a məxsus aparatın buraxdığı raket qarşılanma mərasimin keçirildiyi əraziyə yaxın yaşayış evinə düşüb. Hazrat vilayətinin polis idarəsinin mətbuat katibi Hüseyn Maşrevikal bildirib ki, aviazərbənin hədəfi İŞİD qruplaşmasının üzvləri olub.

Öz növbəsində amerikalı briqada generalı Çarlz Klivlend həmin əraziyə pilotsuz təyyarənin zərbə endirməsini təsdiqləyib. O, hadisə ilə bağlı araşdırmaya başlandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR