Сənubi Koreyada hakim partiya parlament seçkilərində məğlub olub

Сənubi Koreyada hakim partiya parlament seçkilərində məğlub olub
# 14 aprel 2016 00:25 (UTC +04:00)

Bakı-APA. Cənubi Koreyanın hakim “Senuridan” partiyası ölkədə keçirilən parlament seçkilərində məğlub olub

APA-nın xəbərinə görə, bu barədə KBS telekanalı məlumat verib

Məlumata əsasən, səsvermə nəticəsində “Senuridan” 122, müxalif Demokrat partiyası 123, Vətəndaş partiyası 38, Ədalət partiyası isə 6 mandat qazanıb.

Hazırda parlament seçkilərində seçicilərin səslərinin 99 faizi sayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR