İranın Sərhəd Qoşunlarının Komandanı Azərbaycana rəsmi səfərə gəlib

İranın Sərhəd Qoşunlarının Komandanı Azərbaycana rəsmi səfərə gəlib
# 09 mart 2016 13:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə İran İslam Respublikasının Sərhəd Qoşun­larının Komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 8-də Azərbaycana rəsmi səfərə gəlib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyaba­nını ziyarət edib.

Martın 9-da qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib. Görüş zamanı Azərbaycan Dövlət Sərhəd Xidməti və İran İslam Respublikasının Sərhəd Qoşunları arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi apa­rılıb. Belə ki, tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan – İran sərhədində, dövlət sərhədindən buraxılış məntə­qə­lərində, habelə Xəzər dənizində qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, qeyri-leqal miqrasiya və qaçaqmalçılıq fəaliyyətinin, narkotik maddələrin, silah-sursatın qanunsuz daşın­masının qarşısının alınmasının vacibliyi vurğulanmış, qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edil­ib.

Bununla yanaşı “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin birləşdirilməsi və bundan irəli gələn digər məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

Görüşdə dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunması, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilmiş, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmlən­diril­məsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində İran nümayən­dələrinə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR