Türkiyədə polis avtomobili atəşə tutulub, ölən və yaralanan var

Türkiyədə polis avtomobili atəşə tutulub, ölən və yaralanan var
# 24 noyabr 2015 02:17 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Şanlıurfa vilayətində polis avtomobilinin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular patrul vəzifəsi icra edən polislərə hücum edib.

Hadisə nəticəsində avtomobildə olan 2 polis əməkdaşı yaralanıb. Yaralılar dərhal Sivərək Dövlət Xəstəxanasına çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR