Çavuşoğlu: “Rusiya çevriliş cəhdi zamanı Türkiyəyə ən çox dəstək verən ölkələrdən biri olub”

Çavuşoğlu: “Rusiya çevriliş cəhdi zamanı Türkiyəyə ən çox dəstək verən ölkələrdən biri olub”
# 23 iyul 2016 21:28 (UTC +04:00)

Bakı-APA. Rusiya çevrilişə cəhd zamanı Türkiyə demokratiyasına ən çox dəstək verən ölkələrdən biri olub.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Bir çox ölkə Türkiyədə demokratiyaya dəstək mesajları göndərmişdilər. Rusiya ən çox dəstək verən ölkələrdən biri olub”, - deyə Çavuşoğlu qeyd edib.

O, Türkiyə təhlükəsizlik sistemində boşluqların olduğunu etiraf edib: “Çevriliş cəhdi barədə yalnız ehtimallar olsaydı belə, prezident lap əvvəldən bu barədə xəbər tutmalı idi”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, son hadisələr Türkiyə rəhbərliyi üçün dərs olub: “Vətəndaşların bu cür təhdidlərlə bir daha üzləşməməsi üçün bütün lazımi tədbirlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR