Bu gün Strasburqda AŞPA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda AŞPA-nın qış sessiyası başlayır
# 25 yanvar 2016 06:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

APA-nın məlumatına görə, yanvarın 29-dək davam edəcək sessiyanın gündəliyinə Azərbaycanla bağlı iki məsələ salınıb. Bunlardan biri Robert Volterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə Militsa Markoviçin hazırladığı Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” layihələridir.

Bu müzakirələr yanvarın 26-da baş tutacaq.

Həmçinin sessiya boyunca Avropada miqrasiya və qaçqın böhranı, beynəlxalq terrorizm və ona qarşı mübarizə də müzakirə ediləcək.

Assambleyada bir il müddətinə və bir dəfə təkrar seçilmək haqqı olan AŞPA prezidenti seçiləcək. Yeni prezident Ann Brassörü əvəzləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR