Dünya bazarında qızıl 9 dollardan çox ucuzlaşıb

Dünya bazarında qızıl 9 dollardan çox ucuzlaşıb
# 17 avqust 2016 07:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,45% - 18 552,02 bəndədək, S&P 500 0,55% - 2 178,15 bəndədək, NASDAQ 0,66% - 5 227,11 bəndədək azalıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,68% - 6 893,92 bəndədək, Almaniya DAX-ı 0,58% - 10 676,65 bəndədək, Fransa CAC-40-ı 0,83% - 4 460,44 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 9,20 dollar ucuzlaşaraq 1 347,70 dollara, gümüş isə 4,49 dollar ucuzlaşaraq 19,79 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR