Moskvada Azərbaycanın müstəqilliyi ilə bağlı müsabiqə keçirilib

Moskvada Azərbaycanın müstəqilliyi ilə bağlı müsabiqə keçirilib
# 10 oktyabr 2016 11:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Moskvada Azərbaycanın Dövlət Müstəqilliyimizin 25 illiyinə həsr olunan “Müasir Azərbaycanın müstəqilliyində Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Azərbaycan Slavyan Gənclər Assosiyasiyasından APA-ya verilən məlumata görə, tədbirdə Rusiyada təhsil alan tələbələr, zialılar, diaspor fəalları və rusiya ictimaiyətinin nümayəndələri iştirak ediblər.

ASGA Rusiya Nümayəndəliyinin təşkilatçılığı, Diasporla İş Üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun və Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə təşkil olunan tədbirdə qaliblər müəyyənləşib. ASGA Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib ki, təşkilat artıq 3 aydır ki, "Azərbaycan 25" layihəsini həyata keçirir. Rusiya Azərbaycan dostluq mərkəzinin rəhbəri Natalya Krasovskaya, Rusiya dövlət dumasının deputatı Rusiya Azərbaycan parlamentlər arası dostluq qrupunun rəhbəri Dimitri Savilyevin tədbirin təşkilatçılarına ünvanladığı rəsmi məktub oxunub. Sonra Azərbaycan mədəniyyətinin inkişafı və intibah fondunun sədri Şamil Tağıyev, Ümumrusiya Azərbaycanlıları konqresinin icraçı direktorunun müavini Rövşən Rəhimov, Müsabiqənin münsifləri Moskva Beynəlxalq Əlaqələr inistutunun müəllimi Professor Abuzər Bağırov, Azərbaycan və Rusiya yazıcılar birliyinin üzvləri Afaq Şıxlı və Maya Bədəlbəyli çıxış edərək tədbirin əhəmiyyətini və Azərbaycan və Rusiya gəncliyinin Heydər Əliyev şəxsiyyəti ilə yaxından tanış olmalarının önəmini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR