Dilçilik İnstitutu: Azərbaycan dilinə ingilis dilindən, Türkiyə türkcəsindən təzyiqlər hiss olunur

Dilçilik İnstitutu: Azərbaycan dilinə ingilis dilindən, Türkiyə türkcəsindən təzyiqlər hiss olunur
# 17 fevral 2016 10:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Bu gün Azərbaycan dilinə ingilis dilindən, Türkiyə türkcəsindən təzyiqlər hiss olunur. Mən Türkiyədə səfərdə olarkən türkiyəli alimlər özləri etiraf ediblər ki, Azərbaycan türkcəsi ən gözəl türkcədir”.

APA-nın xəbərinə görə, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli 21 fevral “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün cəmiyyətdə Türkiyə türkcəsində danışmaq meyli yaranıb: “Bu gün mətbuatda, habelə şou-biznes nümayəndələrinin çıxışlarında Türkiyə türkcəsində danışmaq bir dəb halını alıb. Sanki Türkiyə türkcəsində danışmaq bir savadlılıq göstəricisi sayılır. Bu, narahatlıq doğurur”.

Dilçilik İnstitutunun əməkdaşı İsmayıl Məmmədli qeyd edib ki, bu gün mətbuatda rus və ingilis dillərindəki sözlərdən istifadə olunur: “Mətbuatda yeri gəldi-gəlmədi rus və ingilis sözlərinə müraciət edilir. O cümlədən bəzi müğənnilərin ifa etdikləri mahnılarda üç dilin qarışığından istifadə edilir. Bu nə dərəcədə doğrudur?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR