Komitə: Yerli icra hakimiyyəti orqanları övladlığa götürmə zamanı vətəndaşlara süni maneələr yaradırlar

Komitə: Yerli icra hakimiyyəti orqanları övladlığa götürmə zamanı vətəndaşlara süni maneələr yaradırlar
# 03 mart 2015 12:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daha çox övladlığa götürmə zamanı yaradılan süni əngəllərlə bağlı şikayətlər daxil olur. Yerli icra hakimiyyəti orqanları övladlığa götürmə zamanı maneələr yaradırlar”.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2 500-dən çox müraciət daxil olub: "Daha çox aliment problemi ilə bağlı müraciətlər olunub. Əmlak və aliment məsələləri, yaşayış yerinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciətlər birinci yerdədir. Alimentin ödənilməməsi isə ciddi problem olaraq qalmaqdadır. Rəsmi iş yeri olmayan kişilər məhkəmənin qərarına riayət etməyərək alimenti ödəmir. Boşanmış qadınlar da bununla bağlı Komitəyə üz tutur. Onlar bir qayda olaraq hüquqlarının müdafiəsində özlərinə dəstək axtarırlar. Bütün bu müraciətlər ayrı-ayrı istiqamətlər müəyyənləşdirilir və bunlara məhkəmə icraatında baxılır”.

E.Səfərov istər daxili, istər xarici övladlığa götürmə ilə bağlı müraciətlərin də çoxluq təşkil etdiyini söyləyib: “Habelə sağlamlıq və məşğulluq problemləri ilə də bağlı Komitəyə müraciətlər daxil olur. Müraciətlərin böyük qismi yerində həllini tapır. Məsələn, boşanmış qadınların işsizlik probleminin həllində onlara yaxından kömək olunur. Amma səhiyyə problemləri ilə müraciətlər həllini tapmır. Çünki müəyyən vətəndaşların müalicəsi Azərbaycanda mümkün olmur, onların müalicəsi üçün külli miqdarda vəsait lazım gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR