"Azexport" yanvarda 4,6 mln. dollarlıq ixrac sifarişi alıb

"Azexport" yanvarda 4,6 mln. dollarlıq ixrac sifarişi alıb
# 01 fevral 2017 09:19 (UTC +04:00)

"Azexport" portalına (www.azexport.az) 2017-ci ilin yanvar ayı ərzində yerli məhsulların ixracı üçün müxtəlif ölkələrdən 4 mln. 630 min ABŞ dolları dəyərində sifariş daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu təkliflər əsasən Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdəndir.

Məlumat üçün bildirək ki, Bolqarıstan 4 min ton qırmızı mərci sifariş edib. Bu sifarişin ümumi dəyəri 4 mln. dollarıdır. Bolqarıstandan daha bir sifariş 10 ton fındıq ləpəsi ilə bağlıdır. Bu satışdan qazanılacaq məbləğ 80 min dollar təşkil edir.

İraq və Liviyadan ümumi həcmi 300 ton miqdarında makaron məmulatlarına sifariş daxil olub. Bu sifarişin məbləği 180 min dollardır.

Türkiyə, İraq, Liviya və Qana və Nigeriyadan ümumi həcmi 180 ton ixrac üçün toyuq əti sifariş olunub. Sifarişin ümumi dəyəri 350 min dollardır.

Moldovadan 20 min ədəd limonad sifarişi daxil olub ki, bu sifarişin də ümumi dəyəri 20 min dollardır. Bundan başqa, Rusiyadan kosmetik şirkətin, şərab məhsullarının distributorluğu üçün təklif gəlib. Hazırda istehsalçı şirkətlər qiymət və məhsul nümunələrini qarşı tərəfə göndərib.

"Azexport" portalı vasitəsi ilə Fransadan nar şirələrinin distributorluğu üçün sifariş daxil olub. Bunun üçün 10-dan artıq nümunə artıq Fransaya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR