İqtisadiyyat Nazirliyi ötən dörd qrant müqaviləsini qeydiyyata alıb

İqtisadiyyat Nazirliyi ötən dörd qrant müqaviləsini qeydiyyata alıb
# 25 yanvar 2017 14:04 (UTC +04:00)

"Qrant haqqında" qanuna müvafiq olaraq, kommersiya hüquqi şəxslərin müraciətləri əsasında İqtisadiyyat Nazirliyi tərəfindən 2016-cı ildə 4 qrant müqaviləsi (qərarı) qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qeydiyyata alınmış qrant müqavilələri müxtəlif valyutalarda olmaqla 822 min dollar və 15 min manat təşkil edib.

Qrant vəsaitləri məcburi köçkün və aztəminatlı əhali qrupları arasında sahibkarlığın inkişafına yardım göstərmək üçün güzəştli kreditlərin verilməsi, kənd ərazilərinin maliyyə baxımdan birləşməsi üçün məsləhət xidmətləri və təlimlərin maliyyələşdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə elektron sifariş-təchizat sisteminin qurulması, sahibkarların biznesin idarə edilməsi sahəsində bilik və bacarıqlarının artırılması üçün təlim və seminarların təşkili, onlara biznes sahəsində məsləhətlər verilməsi kimi istiqamətlərə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR