Bank Of Baku

Sumqayıt hadisələrinin əsas təşkilatçısı Eduard Qriqoryanın axtarışı davam etdirilir

Eduard Qirqoryan

© APA | Eduard Qirqoryan

# 15 fevral 2022 11:52 (UTC +04:00)

1988-ci ildə baş vermiş Sumqayıt hadisələri ilə bağlı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.

O qeyd edib ki, hadisələrə görə Dağlıq Qarabağda yaradılmış “Krunk” adlı təşkilatın və Ermənistanda yaradılmış Qarabağ Komitəsinin üzvlərinin bu hadisələri təşkil etmələri ilə bağlı kifayət qədər sübutlar var: “Həmçinin, hadisələr zamanı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarının orada olması tərəfimizdən müəyyən edilib. 1959-cu il təvəllüdlü Eduard Qirqoryanın cinayətin əsas fiquru olduğu və hadisələrə təşkilatçılıq etdiyi ilə bağlı sübutlar var. Onun barəsində tərəfimizdən qəsdən adam öldürmə, terrorçuluq, milli zəmində düşmənçilik yaratmaq maddələri ilə cinayət işi başlanıb və axtarışa verilib. Bundan başqa, Valeri Vaskanyan və digərlərinin də hadisələrin təşkilində və törədilməsində iştirakları müəyyən edilib. Həmin cinayət işi üzrə hazırda da əməliyyat-axtarış tapşırıqları icra edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR