OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini uzadıb

OPEK  neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini uzadıb
# 30 noyabr 2017 17:15 (UTC +04:00)

OPEK  və təşkilata üzv olmayan bir neçə digər ölkələrin neft və energetika nazirləri arasında neft hasilatının həcminin azaldılmasına dair sövdələşmənin müddətinin 2018-ci ilin sonunadək uzadılmasına dair razılıq əldə olunub. Qərar nazirlərin bu gün Vyanada keçirilən toplantısında qəbul olunub.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Omanın neft naziri Məhəmməd bin Həməd ər Rümhi bildirib. Onun sözlərinə görə, razılaşmanın müddətini 2018-ci ilin martından sonra daha 9 ay uzadılacaq.

 

Nazir neft hasilatının azaldılmasına dair öhdəliklərdən azad edilmiş Liviya və Nigeriya üçün kvotaların tətbiq edilib-edilmədiyinə dair açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR