Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 35% artıb

Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 35% artıb
# 23 may 2018 12:12 (UTC +04:00)

2018-ci ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 9 mln. 536,7 min manat təşkil edib.

APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, mart ayı ilə müqayisədə apreldə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda 2 mln. 497,8 min manat və ya 35,49% artım müşahidə edilib.

Sığorta ödənişlərinə gəlincə, aprel ayında bu göstərici 1 mln. 179,2 min manat olub ki, bu da mart ayındakı göstəricidən 224,1 min manat və ya 23,46% çoxdur.

Ümumilikdə bu ilin 4 ayında daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 12,36%-ni təşkil edib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 139,1 min manat, ödənişləri 22 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR