ABŞ müdafiə nazirinin köməkçisinin sabiq müavini: "Azərbaycan terrorla mübarizədə inanılmaz dərəcədə dəyərli tərəfdaşdır"

ABŞ müdafiə nazirinin köməkçisinin sabiq müavini: "Azərbaycan terrorla mübarizədə inanılmaz dərəcədə dəyərli tərəfdaşdır"
# 02 mart 2017 08:56 (UTC +04:00)

Azərbaycan kontr-terrorizm sahəsində inanılmaz dərəcədə dəyərli tərəfdaşdır.

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu ABŞ müdafiə nazirinin köməkçisinin sabiq müavini Mixayl Karpenter Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransda bildirib.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyinə də toxunub və belə həll üçün bir sıra elementləri, o cümlədən işğal edilmiş ərazilərin Azərbaycana geri qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini qeyd edib.

M. Karpenter ABŞ-ın bu münaqişənin həllinə daha çox siyasi dəstək göstərməli olduğunu da əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR