Azərbaycanda böyük təndir inşa olunur - FOTO - VİDEO

Azərbaycanda böyük təndir inşa olunur - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2015 07:14 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, artıq iki aya yaxındır, tikintisi davam edən təndirin bir aydan sonra istifadəyə verilməsi nəzərdə tutulub. Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir. Bu unikal obyektin inşasında kərpic və daş əvəzində əsasən yüngül metal konstruksiyalardan istifadə olunub. Onun içəri hissəsi isə əl işləri ilə qurulub.

Əsasən 3 bölmədən ibarət olacaq təndirdə Talış mətbəxinin ən məşhur yeməkləri, eləcə də çörək hazırlanacaq. Bişiriləcək təamlar isə park-bulvara istirahətə gələn qonaqlar üçün nəzərdə tutulub.

Hazırda təndirin içərisində suvaq işləri və tavan hissəsinin tikintisi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR