Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin ilk tədbiri baş tutub - FOTO

Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin ilk tədbiri baş tutub - <span style="color: red;">FOTO
# 02 mart 2015 17:56 (UTC +04:00)

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Universitet rəhbərliyi, tələbə və müəllim heyəti iştirak etmişdir. Görüşü giriş sözü ilə Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin sədri David Çeçuda açaraq qonaqları salamlamış və tədbir iştirakçılarına Cəmiyyətin yaranma səbəbləri, məqsədləri, Azərbaycan-Polşa əlaqələrinin inkişafında nəzərdə tutulan gələcək layihələr haqqında məlumat verib. David Çeçudanın çıxışından sonra Azərbaycana həsr edilmiş qısa filmin təqdimatı olub.

Daha sonra səfirliyin əməkdaşı Elnarə Məmmədova çıxış edib və tədbir iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, təhsil sistemi, tələbə və müəllim mübadiləsi, Azərbaycan-Polşa münasibətləri, polyak ziyalılarının, mühəndis və memarlarının Azərbaycan tarixində xidmətləri, Səfirliyin Polşa-Azərbaycan münasibətlərinin inkişafında təşkil etdiyi silsilə tədbirlər haqqında məlumat verib.

Çıxışlar böyük maraqla qarşılanıb, tələbə və müəllimlərin çoxsaylı suallarına səbəb olub. Tədbirin sonunda prorektor professor Robert Tomanek Katovitsa İqtisadiyyat Universitetinin Azərbaycanın təhsil ocaqları ilə əlaqələr qurmaqda maraqlı olduğunu və həmçinin tələbə və müəllim mübadiləsi üçün lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR