Bakı Ali Neft Məktəbi IBM şirkəti ilə əməkdaşlıq edəcək - FOTO

Bakı Ali Neft Məktəbi IBM şirkəti ilə əməkdaşlıq edəcək - <span style="color: red;">FOTO
# 29 may 2015 08:57 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov IBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros, şirkətin Azərbaycan üzrə rəhbəri İlya Kravtsov və əməkdaşı Bahadur İbrahimovla görüşüb.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rektor Elmar Qasımov qonaqları salamlayaraq, onları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəb haqqında geniş məlumat verib, bildirib ki, BANM-də təhsil ingilis dilindədir və bu ali təhsil müəssisəsinə qəbul imtahanında ən yüksək bal toplayan abituriyentlər daxil olurlar.

Rektor Neft Məktəbində tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini söyləyib. O, Ali Məktəbin məzunlarının gələcəkdə beynəlxalq və yerli neft-qaz şirkətlərində yüksək ixtisaslı mütəxəssis kimi karyera quracaqlarına əminliyini bildirib.

Bakı Ali Neft Məktəbinin tələbələrinin bp, Statoil, Emerson, Total və digər bu kimi transmilli şirkətlərdə yay istehsalat təcrübəsi keçdiklərini bildirən Elmar Qasımov həmin şirkətlərin mütəxəssislərinin də BANM-də tədris prosesinə cəlb olunduqlarını vurğulayıb.

Rektor BANM-də Tələbə Elmi Cəmiyyətinin konfranslarında şirkətlərin yaxından iştirak etdiyini, bu kimi fəaliyyətə dəstək verdiyini və həvəsləndirici hədiyyələr təqdim etdiyini də deyib, IBM şirkəti ilə gələcək əməkdaşlıq üçün BANM-də hər cür imkanların mövcud olduğunu əlavə edib.

Devid La Ros təmsil etdiyi şirkət haqda məlumat verib. Devid La Ros Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu və əlaqələrin yaradılmasında maraqlı olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR