Bakı sakini bicaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb

Bakı sakini bicaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb
# 21 iyul 2015 00:45 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Səbail rayonunda qanlı hadisə baş verib. Rayon sakini bıçaq xəsarətləri alıb. APA-nın məlumatına görə, Salyan şossesi 3-də yaşayan 43 yaslı Etibar Məmmədov bicaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Etibar Məmmədov bıçaq xəsarətini evdə qarpız kəsərkən aldığını bildirib.

Hadisə barədə Səbail Ryon Polis İdarəsinin 8-ci polis bölməsinə məlumat verilib. Etibar Məmmədovun bıçaq xəsarətlərini qarpız kəsərkən, yoxsa başqa şəraitdə alması aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR