Oktyabrda Bakıda “Global İnfluencer Day” keçiriləcək

Oktyabrda Bakıda “Global İnfluencer Day” keçiriləcək
# 19 iyul 2018 10:26 (UTC +04:00)

“Keepface İnfluencer” Marketinq Platformasının rəsmi dəstəyi ilə “FA İnternational Trade Events” şirkəti tərəfindən bu il ikinci dəfə təşkil olunan, iş və marketinq dünyasının qabaqcıl trendi “İnfluencer Marketing” strategiyalarını qiymətləndirilməsi məzmununa dayanan “Global İnfluencer Day” oktyabrın 27-28-də Bakıda keçiriləcək.

Regionda ikinci dəfə təşkil olunacaq tədbirin məqsədi brendlərlə “influencer”ları bir araya gətirməkdir. “Global İnfluencer Day” tədbirində iştirak edənlər siyahısına “influencer”lar, brend sahibləri, investorlar, marketinq və PR mütəxəssisləri, media nümayəndələri və iş dünyasından nümayəndələr daxildir.

“Microsoft”, “Google” və “İnstagram” kimi önəmli texnologiya şirkətlərindən nümayəndələrin, öz sahələrində mütəxəssis olan spikerlərin və uğurlu təşəbbüskarların iştirak edəcəyi tədbir müddətində danışıqlar və panellərdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və “influencer marketing” kimi mövzular müzakirə olunacaq.

Həmçinin, tədbirdə uğurlu işlərə və yeniliklərə imza atmış sahibkarlar və şirkət sahibləri “influencer” strategiyalarının marketinq və kommunikasiya dünyasına necə istiqamət verdiyini və bu sahədəki inkişafı qiymətləndirəcəklər.

“Global İnfluencer Day” tədbirinə bu il qatılacaq spikerlər siyahısında “Microsoft” Azərbaycan, Türkmənistan və Tacikistanın baş meneceri Sərxan Həşimov, “Forbes” jurnalında Qlobal Sahibkarlıq yazıçısı Elmira Bayraslı və “Google Marketinq” Həlləri və Şəxsi Brend Təlimçisi Nina Levçuk kimi şəxslər yer almaqdadır.

“Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri http://influencerday.org/ ünvanından izləyə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR