ABŞ Rusiyanın 33 hərbi müəssisə və xüsusi xidmət orqanlarına qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ Rusiyanın 33 hərbi müəssisə və xüsusi xidmət orqanlarına qarşı sanksiyalar tətbiq edə bilər
# 27 oktyabr 2017 03:40 (UTC +04:00)

ABŞ Dövlət Departamenti yeni sanksiyalara məruz qala biləcək Rusiya təşkilatlarının siyahısını təsdiqləyərək Konqresə təqdim edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, siyahıda 33 müdafiə sənayesi müəssisəsi, konsern və təşkilat, habelə Federal Təhlükəsizlik Xidməti (FTX), Xarici Kəşfiyyat Xidməti (XKX) və Baş Kəşfiyyat İdarəsi (BKİ) kimi xüsusi xidmət orqanları yer alıb.

Sanksiyalar tətbiq edilə biləcək müəssisə, konsern və təşkilatlar arasında “Rosoboroneksport”, “İjmaş”, “Suxoy”, “Tupolev”, Almaz-Antey”, “Oboronprom”, “Uralvaqonzavod”, “Vertolyotı Rossii”, “Bazalt” və s. iri şirkətlər var.

Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson bundan əvvəl sanksiyalar tətbiq edilə biləcək Rusiya kəşfiyyatı və müdafiə sənayesi kompleksi ilə əlaqəli şəxslərin və təşkilatların siyahısını təsdiqləyib. Həmin sənəd ictimaiyyət üçün açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR