Dövlət Departamenti: İŞİD üzərində qələbədən sonra ABŞ Suriyada qalmayacaq

Dövlət Departamenti: İŞİD üzərində qələbədən sonra ABŞ Suriyada qalmayacaq
# 18 avqust 2017 22:07 (UTC +04:00)

ABŞ İŞİD terror qruplaşması üzərində qələbədən sonra Suriyada qalmağı planlaşdırmır.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bəyan edib.

“Niyyətimiz – İŞİD-i məğlub etməkdir. Digər məqsədimiz yoxdur. Biz istəyirik ki, Suriyanı suriyalılar idarə etsin. Hər hansı kənar qüvvələr deyil, məhz suriyalılar”, deyə H.Noyert bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR