XİN Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb

XİN Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb
# 10 aprel 2017 08:20 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır.

Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR