ABŞ Dövlət Departamenti: PKK hücumları dayandırmalıdır

ABŞ Dövlət Departamenti: PKK hücumları dayandırmalıdır
# 01 avqust 2015 08:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamenti sözçüsünün köməkçisi Mark Toner Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib. O, bəzi millət vəkillərinin toxunulmazlığının qaldırılması üçün Türkiyə Böyük Millət Məclisinə edilən müraciətlə bağlı suala cavab olaraq, deyib ki, Türkiyə bunu özü müəyyənləşdirir.

M. Toner PKK terror təşkilatına qarşı İraqın şimalında aparılan əməliyyatlara münasibət bildirərkən, Türkiyənin PKK-nın hücumlarına qarşı özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb: “PKK-nın dərhal şiddəti dayandırması və sülh yolu ilə çözüm prosesinə qayıtması lazımdır. Bildirilməlidir ki, PKK Türkiyədə polis və hərbçilərə silahlı hücum edir. Türkiyə özünü müdafiə etmək hüququna malikdir. PKK hücumları dayandırmalıdır. Türkiyə isə hücumlara qarşı daha adekvat cavab verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR