Baş Nazirin müavini: “Hədəf odur ki, milli inkişaf proqramı BMT-nin strategiyasına uyğun gəlsin"

Baş Nazirin müavini: “Hədəf odur ki, milli inkişaf proqramı BMT-nin strategiyasına uyğun gəlsin"
# 16 yanvar 2020 10:09 (UTC +04:00)

Azərbaycanın inkişaf strategiyasının BMT-nin inkişaf strategiyası ilə uyğunlaşdırması dövlətimizin əsas hədəflərindəndir.

APA-nın məlumatına görə, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrinin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri, Baş Nazirin müavini Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, Azərbaycan iqtisadiyyatı inkişaf edib, əhalinin həyat şəraiti ciddi şəkildə yaxşılaşıb: "Azərbaycan azsaylı ölkələrdən biridir ki, özünün iki milli hesabatını verib. Bu, onu göstərir ki, Azərbaycan BMT-nin 2030-cu ilədək olan qlobal hədəflərinə nail olmaq üçün səy göstərir. Azərbaycan 2030-cu il layihəsi üzrə əsas hədəflərini müəyyən edib. Əsas hədəf odur ki, Azərbaycanın milli inkişaf proqramı BMT-nin müəyyən etdiyi strategiyaya uyğun gəlsin".

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan inkişaf edən ölkədir və bununla əlaqədar qarşısında bir sıra vəzifələr dayanır: “Azərbaycanın inkişafının əsas xüsusiyyəti odur ki, inkişaf bütün sahələrdə müşahidə olunur. Qarşımızda duran əsas vəzifələrdən biri sosial sferanın inkişaf etdirilməsidir. Son illər ərzində Azərbaycanda bir çox sosial layihə həyata keçirilib və bu, bundan sonra da davam edəcək. Son 30 ildə Azərbaycan əhalisi 3 milyon nəfər artır. Hər il əmək bazarına 100 min nəfər daxil olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR