Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 130 mln. manatdan artıq vergi daxil olub

Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 130 mln. manatdan artıq vergi daxil olub
# 10 aprel 2015 12:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 132 mln. 416,36 min manat həcmində vergi daxil olub.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 mln. 456,78 min manat və ya 0,07% azalıb. Ötən ayla müqayisədə isə bu rəqəm 2,51% çoxdur.

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 47 mln. 386,16 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 75 mln. 670,39 min manat, aksizlər üzrə 7 mln. 597,1 min manat, yol vergisi üzrə isə 1 mln. 762,71 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR