Misirdə məktəbin qarşısında baş vermiş atışmada 16 şagird yaralanıb

Misirdə məktəbin qarşısında baş vermiş atışmada 16 şagird yaralanıb
# 13 may 2015 02:31 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, “Al Ahram” nəşrinin məlumatına əsasən, insident Buheyrə əyalətinin inzibati mərkəzi Damanhur şəhərində baş verib.

Məlumata görə, mikroavtobusda hərəkət edən naməlum silahlı şəxslər məktəbin qarşısından keçərkən şagirdlərə atəş açıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İlkin məlumata görə, kriminal xarakterli insidentə səbəb şagirdlər arasında yaranmış mübahisə olub.

Faktla əlaqədar artıq bir neçə şəxsin saxlanıldığı bildirilir. İnsidentin təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR