Azərbaycandan Gürcüstana qaz ixracı 5% azalıb

Azərbaycandan Gürcüstana qaz ixracı 5% azalıb
# 22 iyun 2015 14:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 147 450,8 min dollar dəyərində 712 939,6 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,53% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından isə 3,48% artıb.

Bu ilin beş ayında Gürcüstan Azərbaycandan 58 918,2 min dollar dəyərində 111 809,2 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,17% çoxdur.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 26,42% azdır.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 60,5%-i yanacaq qazı və digər qazlar, 24,1%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 243 647,2 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 5,45% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR