Ombudsman Aparatının əməkdaşları 1 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirən məhkumla görüşüblər

Ombudsman Aparatının əməkdaşları 1 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirən məhkumla görüşüblər
# 16 mart 2015 15:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri 1 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə təşkil ediblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olan müraciətin araşdırılması olub.


Müraciətlə əlaqədar 1 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə təcridxanasında saxlanıldığı kamerada qəbul edilən məhkum Elşən Paşayev söhbət zamanı vaxtından əvvəl şərti azad olmasına dair iddia tələbinin məhkəmədə təmin olunmaması səbəbindən aclıq aksiyası keçirdiyini bildirib.

E. Paşayev həmçinin, səhhəti ilə bağlı narahatlığının olmadığını, həkim nəzarətində olduğunu, müəssisə əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmadığını, təklif olunan yeməkdən özü imtina etdiyini deyib. Bu barədə müvafiq sənədləşmənin aparıldığı məlum olub.


MPQ üzvləri Elşən Paşayevə aclıq aksiyasını dayandırmağı, müəssisənin daxili rejim qaydalarına riayət etməyi tövsiyə etmiş, habelə ona Ombudsmanın səlahiyyətləri barədə məlumat verib, maarifləndirici söhbət aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR