Bakının Şəfayət Mehdiyev küçəsində təmir işləri sürətləndirilib - FOTO

Bakının Şəfayət Mehdiyev küçəsində təmir işləri sürətləndirilib - <span style="color: red;">FOTO
# 22 aprel 2015 06:21 (UTC +04:00)

Bakı - APA-Economics. Yasamal rayonu ərazisində yerləşən Şəfayət Mehdiyev küçəsində təmir işləri sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 1600 metr olan küçənin eni keçdiyi ərazilərdən asılı olaraq 15-18 metr arasında dəyişir. Küçə boyu 1450 metr məsafədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib.

Hazırda köhnə asfalt-beton örtüyünün frezlənməsi işi həyata keçirilir.

Qısa bir vaxtdan sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR