DGK külli miqdarda siqaret müsadirə edib

DGK külli miqdarda siqaret müsadirə edib
# 24 yanvar 2017 08:41 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının və ehtiyat təkər üçün nəzərdə tutulan qurğusunun altından gömrük nəzarətindən gizlədilən 3600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR