Şults: "Yunanıstanda humanitar böhran yaşanarsa, Brüssel təcili maliyyə yardımı ayıra bilər"

Şults: "Yunanıstanda humanitar böhran yaşanarsa, Brüssel təcili maliyyə yardımı ayıra bilər"
# 04 iyul 2015 15:48 (UTC +04:00)

Баку - APA. Yunanıstanda humanitar böhran baş verərsə, Brüssel bu ölkəyə təcili yardım ayıra bilər.

APA-nın "Die Welt" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin sədri Martin Şults deyib.

"Ola bilər ki, biz ehtiyacı olan insanlara yardım etmək üçün müəyyən maliyyə vəsaiti ayıraq. Bunun üçün Brüsseldə bu yaxınlarda xüsusi fond yaradılacaq. Biz insanları çətin durumda qoymarıq", - deyə o bildirib.

Sədr qeyd edib ki, insanlara əmək haqlarının verilməsi, tibb və enerji sistemlərinin, ictimai nəqliyyatın fəaliyyəti təhlükə ilə üzləşə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR