Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işinə xitam verilib

Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işinə xitam verilib
# 26 sentyabr 2017 09:56 (UTC +04:00)

Suraxanı Rayon Polis İdarəsi tərəfindən qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Xanlar Kərimovun cinayət işinə xitam verilib.

Təqsirləndirilən şəxsin vəkili Günay Hacıyeva APA-ya deyib ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, hadisə başqa şəxs tərəfindən törədilib və buna görə də cinayət işinə xitam verilib: "Həmin hadisənin Xanlar Kərimov tərəfindən deyil, Qoşqar Məmmədli tərəfindən törədilməsi müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hadisə bu ilin may ayında Binə qəsəbəsində yerləşən kafedə baş verib. X. Kərimovun münaqişə zəminində tanışı Tural Məmmədovu bıçaqladığı açıqlanıb.

Xəstəxanaya çatdırılan T. Məmmədovu xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR