Londonda sovet dövrünün Bakısı haqqında kitabın təqdimatı keçirilib - FOTOSESSİYA

Londonda sovet dövrünün Bakısı haqqında kitabın təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 may 2015 13:55 (UTC +04:00)

Bakı – APA. Londonda dünya şöhrətli “Waterstone’s” kitab mağazasında tanınmış Hollivud bəstəkarı, müğənni, pianoçu, Bakı əsilli Ella Leyanın “The Orphan Sky” (“Kimsəsiz Səma”) adlı debüt hekayəsinin təqdimat mərasimi keçirilib. Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilən təqdimat mərasimə 100-ə yaxın kitabsevər, Londonda yaşayan azərbaycanlılar və Azərbaycanın dostları qatılıb. Cəmiyyətdən APA-ya verilən xəbərə görə, 1979-ci il sovet dövrünün Azərbaycanı haqqında bəhs edən kitabda pianoçu Leylanın hekayəsi nəql edilir. Real və bədii hadisələr əsasında yazılmış bu kitab özündə Azərbaycanın mif və əfsanələrinin mahiyyətini sovet paranoyası ilə məharətlə birləşdirir.

“Los Angeles Review of Books” jurnalı hekayəni aşağıdakı kimi təsvir edib: “…Bu, xilas və tale haqqında “Çərpələng uçuran” qədər səhih, həyəcanlı və parlaq əbədi hekayədir”.

Musiqi əfsanəsi Kuinsi Cons isə deyib: “Bu, həm ruhən, həm də siyasi dəyişiklik qüvvəsi olaraq musiqinin gücünü göstərən “soyuq müharibə” dövrünün inandırıcı hekayəsidir”.

Kitabın müəllifi Ella Leya təqdimat mərasimində aşağıdakıları söyləyib: “Uzaqda qalan yerlər, zaman və insanlar üçün nostalji duyğularının baş qaldırması sənətkar olaraq bizim üçün hər zaman güclü ilham mənbəyi olub. “Kimsəsiz Səma” kitabı mənim Bakıya, uşaqlığımın nağılları şəhərinə geri səyahətimdir. Hekayədə bir çox məsələlər - sovet dövrünün büsbütün həqiqətləri barəsində bəhs edilir. Artıq 25 ildir amerikalı olmağıma baxmayaraq, mən heç zaman doğma ölkəmin qızı olduğumu inkar etməmişəm. İndi də mən fəxr edirəm ki, “Kimsəsiz Səma” kitabım mənə Azərbaycanı Qərb oxucusuna təqdim etmək imkanı yaradıb”.

Təqdimat mərasimindən sonra sual-cavab sessiyası keçirilib və iştirakçıların Ellanın albomunda olan rus, yəhudi və ingilis dillərində seçmə musiqi parçalarını dinləmək imkanı yaranıb.

“Kimsəsiz Səma” kitabının nüsxəsini sifariş etmək və Ella Leya haqqında daha ətraflı məlumat əldə etmək üçün www.ellaleya.com/book səhifəsinə keçmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR