Lavrov və Tillerson görüşəcək

Lavrov və Tillerson görüşəcək
# 25 oktyabr 2017 11:17 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Lavrovun Tillersonla görüşünün noyabrda Vyetnamda keçiriləcək Asiya-Sakit okean ölkələri İqtisadi Əməkdaşlıq təşkilatının sammitində baş tuta biləcəyini söyləyib: "Lavrov da, Tillerson da Vyetnamda keçiriləcək sammitdə olacaqlar. Lakin bizdə mümkün görüşün vaxtı və tarixi ilə bağlı dəqiq məlumat yoxudr. Bununla belə, iki ölkə arasında suallar yığılıb qalıb, fikrimcə bu görüş baş tutmaya bilməz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR